· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

IX qurultayın gündəliyindən

 

Azərbaycan müəllimlərinin ali məclisi ilə əlaqədar Respublika Maarif Nazirliyi Xalq Maarifi Muzeyi ilə birlikdə 32 stenddən ibarət "Qurultaydan-qurultaya" adlı sərgi təşkil etmişdi. Burada 1967-ci ildən 1978-ci ilə qədərki müddətdə maarif ocaqlarının tikintisi, məktəb şəbəkəsinin genişləndirilməsi, təlim-tərbiyə sahəsində qabaqcıl pedaqoji təcrübə  ilə  bağlı  dəyərli materiallar  əksini  tapmışdı.

1978-ci il mayın 18-19-da keçirilmiş IX qurultaya Azərbaycan KP MK-nın təbriki göndərilmişdi. Qurultaya geniş tərkibdə Rəyasət heyəti, katiblik və redaksiya komissiyası seçilmişdi.

Qurultayda Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev geniş nitq söyləmiş, respublikanın xalq təsərrüfatı sahələrində qazanılmış uğurları təhlil etmiş, xalq maarifi sahəsində vəzifələrin şərhini vermişdir.

Azərbaycan SSR maarif naziri M.Mehdizadə "Sov.İKP XXV qurultayının qərarlarını və "ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında" Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək sahəsində respublika xalq maarifi orqanlarının və pedaqoji kollektivlərin vəzifələri haqqında" məruzə etmişdir. Nazir hamılıqla orta təhsilə keçildiyini, təhsilin yeni məzmununa keçilməsinin başa çatdırıldığını, məktəb işlərinin modernləşdirildiyini, müəllim kadrları tərkibinin yaxşılaşdırıldığını, tədris ocaqlarının maddi-texniki bazasının xeyli möhkəmləndirildiyini məlumat vermişdir. Zəngin fakt, rəqəm və təcrübə nümunələrinin təqdir və təhlil olunduğu məruzə ətrafında qurultay nümayəndələri çıxış etmiş, müttəfiq respublikalardan gəlmiş qonaqların təbrikləri dinlənilmişdir.

Sonra qurultayın respublikanın bütün müəllimlərinə, xalq maarifi işçilərinə və ictimaiyyətinə müraciəti oxunub qəbul olunmuşdur.

 

X qurultayın gündəliyindən

 

Azərbaycan müəllimlərinin bu qurultayı V.İ.Lenin adına Sarayda 23 may 1987-ci il tarixdə başlamışdır. Geniş tərkibdə redaksiya, mandat komissiyaları seçilmiş ali məclisi giriş sözü ilə Yevlax rayonundakı Xaldan kənd orta məktəbinin direktoru, SSRİ xalq müəllimi Z.Şöyübov açmışdır.

Qurultayda Azərbaycan SSR maarif naziri K.Rəhimov və Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə etmişlər.

Müzakirələrdə Tovuz rayonundakı Bozalqanlı kənd orta məktəbinin müəllimi, Sosialist Əməyi Qəhrəmanı M.Quliyev, Naxçıvan MSSR maarif naziri R.Hüseynov, Yazıçılar İttifaqı İdarə Heyətinin katibi C.Novruz, Göyçay şəhərindəki 9 nömrəli orta məktəbin müəllimi Z.Vəliyeva və başqaları çıxış etmişlər.

Sonda respublika müəllimlərinə və ictimaiyyətinə müraciət qəbul edilmiş, Azərbaycan ümumtəhsil məktəbinin Nizamnaməsi təsdiq olunmuş, SSRİ müəllimlərinin V qurultayına nümayəndələr seçilmişdir.