· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 2008-ci il nə ilə yadda qalacaq?

* Prezident İlham Əliyevə fevralın 18-də Macarıstanın nüfuzlu Korvinus Universitetinin fəxri doktoru adı verilmişdir.

* Prezident İlham Əliyevə fevralın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilmişdir.

* Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı iki təhsil müəssisəsində olmuşdur. Martın 3-də İlham Əliyev Samux rayon mərkəzində şahmat məktəbinin açılışında iştirak etmişdir.  Martın 4-də Prezident Xanlar şəhərində şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə olmuşdur.

* Aprelin 18-də Prezident İlham Əliyev Fizuli rayonuna səfəri zamanı Zobucuq qəsəbəsində orta məktəb binasının açılışında iştirak etmişdir. Dövlət başçısı həmin gün Biləsuvar rayonunda İskəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbində də olmuşdur.

* Prezident İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak etmişdir.

* Mayın 7-də Heydər Əliyev adına İdman Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Bir ömrün salnaməsi" bədii sərgisinin açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. 

* Prezident İlham Əliyev mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində yenidən qurulmuş uşaq bağçasının açılışında iştirak etmişdir.

* Prezident İlham Əliyev mayın 16-da YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.

* Prezident İlham Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul etmişdir.

* Prezident İlham Əliyevə mayın 22-də  Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir.

* Prezident İlham Əliyev iyunun 3-də Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binasının açılışında iştirak etmişdir.

* Prezident İlham Əliyev iyunun 16-da ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starı qəbul etmişdir.

* Prezident İlham Əliyev iyunun 20-də ABŞ Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

* Prezident İlham Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi ilə tanış olmuşdur.

* Prezident İlham Əliyev avqustun 22-də Xızı rayonunda şahmat məktəbi ilə tanış olmuşdur.

* Prezident İlham Əliyev sentyabrın 7-də Salyan rayonu Qardili kənd orta məktəbi binasının açılışında iştirak etmişdir.  Sentyabrın 7-də dövlət başçısı  Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə də olmuşdur.

* Sentyabrın 12-də "Gülüstan" sarayında təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında hazırlanıb nəfis şəkildə çapdan buraxılmış "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimat mərasimi keçirilmişdir.

* Sentyabrın 15-də Bakı Dövlət Universitetində yeni inşa edilmiş, müasir tələblərə cavab verən tədris korpusunun açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılış mərasimində iştirak etmişdir.

* Sentyabrın 15-də Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

* Sentyabrın 19-da Zaqatala şəhərində akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı olmuşdur. Prezident İlham Əliyev liseyin açılışında iştirak etmişdir.

* Sentyabrın 22-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan müəllimlərinin ümumilikdə XIII, müstəqillik dövründə III qurultayı keçirilmişdir. Prezident İlham Əliyev qurultay iştirakçılarına təbrik məktubu ünvanlamışdır.

* Sentyabrın 27-də Prezident İlham Əliyev Qusar rayonunun Balaqusar kənd orta məktəbinin yeni binası ilə tanış olmuşdur.

* Prezident İlham Əliyev sentyabrın 27-də Xaçmaz şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey ilə tanış olmuşdur.

* Prezident İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkla tanış olmuşdur və orada bir qrup təhsil işçisi ilə görüşmüşdür.

* Prezident İlham Əliyev oktyabrın 4-də Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki 360 şagird yerlik orta məktəbin binasının açılışında iştirak etmişdir.

* Oktyabrın 6-da "Gülüstan" sarayında  İslam ölkələrinin ali təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusunda IV konfransı işinə başlamışdır. ölkə Prezidenti İlham Əliyev konfrans iştirakçılarına təbrik məktubu ünvanlamışdır.

* Prezident İlham Əliyev oktyabrın 6-da  İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarını qəbul etmişdir.

* Oktyabrın 7-də Prezident İlham Əliyev Biləsuvarda məktəb-lisey kompleksinin açılışında iştirak etmişdir.

* Oktyabrın 7-də Prezident İlham Əliyev Masallı şəhərində "Dəfinə" liseyi üçün tikilmiş bina ilə tanış olmuşdur.

* Oktyabrın 8-də Prezident İlham Əliyev Lənkəran rayonunun Səpnəkəran kəndindəki Möhübbət Həmzəyev adına orta məktəbdə olmuşdur.

* Oktyabrın 10-da Bakının Qala qəsəbəsində 63 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

* Noyabrın 6-da Prezident İlham Əliyev Ankaranın Batıkənd məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbdə olmuşdur.

* Prezident İlham Əliyev noyabrın 10-da dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul etmişdir.

* Noyabrın 28-də Məxdumqulu adına Türkmənistan Dövlət Universitetində Prezident İlham Əliyevə bu ali məktəbin Fəxri professoru adı verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.