· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Oğuz məktəblərinin maddi-texniki bazası möhkəmlənir

 Rayonda təhsil sahəsində son illərin ən uğurlu nəticəsi, şübhəsiz ki, hər biri 960 şagird yerlik 6 yeni məktəb binasının tikintisi, şəhər 1 və 2 nömrəli orta məktəb binalarının əsaslı təmir olunmasıdır.Hazırda  Oğuz şəhərində, Böyük Söyüdlü və Xaçmaz kəndlərində inşa edilən hər biri 360 şagird yerlik yeni məktəb binalarında tikinti işləri artıq başa çatmaq üzrədir. Bayan kənd orta məktəbinin dam örtüyü tamamilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə ötən il Oğuz şəhər 2 nömrəli orta məktəbində əsaslı təmir işləri aparılmış, yeni, müasir tədris avadanlıqları ilə təchiz olunmuşdur. Cari dərs ilində şəhər 2 və 3 nömrəli orta məktəblərində yeni quraşdırılmış istilik sistemləri  istifadəyə verilmişdir. Ulu öndərin "Təhsilin müvəffəqiyyəti, ilk növbədə, təhsil üçün yaradılan mühitdən asılıdır" müdrik kəlamına əsaslanan Oğuz Rayon Təhsil Şöbəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən Muxas, Xalxal, Zərdab kənd orta məktəblərində yeni istilik sistemlərinin quraşdırılmasını Təhsil Nazirliyindən xahiş etmişdir.

Bu il Təhsil Nazirliyinin xətti ilə Xaçmaz kənd 1 nömrəli orta məktəbinin binasının əsaslı təmiri də nəzərdə tutulmuşdur.

 

M.NOVRUZOV

 

 

 

 

Məktəbdə riyaziyyat gecəsi

Bakıdakı 54 nömrəli orta məktəbdə riyaziyyat  müəllimi Fəridə Nəsibovanın rəhbərliyi ilə "Riyaziyyat gecəsi" keçirilib.

Gecədə  V-IX siniflər üzrə   riyaziyyat fənnini yaxşı bilən şagirdlərdən ibarət "üçbucaq" və "Kvadrat" komandaları yarışıblar. Nəticədə riyaziyyatdan tərtib olunmuş suallar əsasında yeddi mərhələ üzrə keçən bu yarışda şagirdlərdən Rövşən Hicranlı, Faiq Həsənov, Aydan Ələsgərova və başqaları fərqləniblər.

Tədbirdə iştirak edən  valideynlərdən  Rübabə Ələsgərova və Reyhan Hicranlı da söz alaraq bu cür tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini qeyd edərək hər iki komandaya gələcək yarışlarda uğurlar arzuladılar.

Şakir CƏFƏROV