· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Ukraynanın milli bayramı şərəfinə

 

Ukraynanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə sentyabrın 8-də "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.

Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk qəbulda çıxış edərək bildirdi ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətlə inkişaf edir və bu işdə dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Ukrayna Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində reallaşan bir sıra regional layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Diplomat vurğuladı ki, parlamentlər səviyyəsində də əlaqələr genişlənir. Deputatlarımız beynəlxalq təşkilatlarda, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər.

Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Ukrayna xalqına sülh və əmin-amanlıq arzulamışdır. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açmışdır.

Bu gün iki ölkə arasında münasibətlərin bütün sahələri əhatə edərək, strateji tərəfdaşlıq xarakteri alması fikri tədbirdə xüsusi vurğulanmışdır.

Mərasimdə komitə sədrləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

AzərTAc