· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

 

Texniki peşə təhsil müəssisələrinin maddi-texniki bazasının

gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

ölkənin dinamik inkişaf edən iqtisadiyyatının müvafiq kadrlara olan ehtiyacının ödənilməsində texniki peşə təhsili mühüm rol oynayır. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra dövlət proqramlarında öz əksini tapmışdır.

Hazırda respublikada 108 texniki peşə təhsili müəssisəsi mövcuddur. Respublikanın peşə məktəbi və peşə liseylərində 130 peşə üzrə 25 mindən artıq şagird təhsil alır.

"Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi, habelə texniki peşə təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

 

 

 

 

 

Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Hazırda respublikada 100 mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasını sürətləndirmək məqsədi ilə qərara alıram:

1. ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

 

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli, 349 nömrəli və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə" 2006-cı il 19 aprel tarixli, 394 nömrəli fərmanlarına əlavələr və dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli, 121 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 6, maddələr 428, 431, N 8, III kitab, maddə 614; 2001-ci il, N 7, maddə 459; 2006-cı il, N 9, maddə 743; 2007-ci il, N 10, maddə 945; 2008-ci il, N 6, maddə 496) 2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin," sözlərindən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N 4, maddə 326; 2008-ci il, N 2, maddə 50, N 4, maddə 260, N 6, maddə 508) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də:

2.1. 10.10.6-cı yarımbənddə "rəhbərlərini," sözü "rəhbərlərini (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi istisna olmaqla)," sözləri ilə əvəz edilsin;

2.2. Əsasnaməyə aşağıdakı məzmunda 10.10.6-1-ci yarımbənd əlavə edilsin:

"10.10.6-1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, Akademiyanın rəisinin təqdimatına əsasən Akademiyanın rəis müavinlərini vəzifəyə təyin edir;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

 

 

 

 

 

 

 

 P.H.Süleymanovun Azərbaycan Respublikası Fövqəladə

Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Azərbaycan Respublikasının

əməkdar elm xadimi"

 

Nuriyev Əli Xudu oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar müəllimi"

 

Bayramov Akif Əmirxan oğlu

Məmmədov Cabir Ağaəli oğlu

Rəsulov Tofiq Əli oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Abdullayeva Zeynəb Həsənbala qızı

Azadov Eldar Həsənxan oğlu

Əliyeva Roza Əli qızı

İsgəndərov Mustafa Namaz oğlu

Mehdəliyev Ağamehdi İbadulla oğlu

Mehrəliyev Eybəli Qara oğlu

Məmmədova Sevil İmamverdi qızı

Səlimov Sadıq Məmmədzaman oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.