Milli Qəhrəman Vüqar Mürsəlov adına 9 nömrəli
Bakı Peşə Liseyinin direktoru Əlyar
Allahverdiyevdən aldığımız məlumata görə,
liseydə yeni dərs ilinə hazırlıq işləri sürətlə
gedir. Belə ki, liseyin bütün sinif otaqları,
laboratoriyaları və tədris emalatxanalarında,
dəhlizlərdə cari təmir işləri aparılıb.
Peşə liseyi 1972-ci ildən fəaliyyət göstərir.
280 şagird avtomobil təmiri üzrə
çilingər-sürücülük ixtisası üzrə burada təhsil
alır. Liseydə 29 fənn müəllimi, 17 istehsalat
təlimi ustası var.
9 nömrəli Bakı Peşə Liıeyinin avtomobilin
quruluşu, yol hərəkəti qaydaları, yol hərəkəti
və ilk tibbi yardım, avtomobilin istismarı,
avtomobilin quruluşu və laboratoriyası, texniki
quruluş laboratoriyalarında da cari təmir işləri
aparılıb. Laboratoriyalar əyani vəsaitlərlə tam
təchiz olunub. Mövcud avadanlıqların hamısı
işlək vəziyyətdədir.
***
Son illərdə respublikamızın hər yerində olduğu
kimi Hacıqabul rayonunda da ölkə Prezidenti
cənab İlham Əliyevin tapşırığına uyğun olaraq
məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır.
Son 6 ildə Hacıqabul rayonunda 9 yeni məktəb
binası tikilib istifadəyə verilmişdir.
2005-2009-cu illərdə Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində 4 məktəb binası tikilmişdir. Təhsil
Nazirliyi tərəfindən isə 5 yeni məktəb binası
inşa edilərək şagirdlərin istifadəsinə verilib.
Yeni məktəblərin hər birində sərbəst qazanxana
tikilmiş və təhsil ocaqları istilik sistemi ilə
təchiz edilmişdir. Məktəblər zəruri
avadanlıqlarla təmin olunmuş, idman zalı,
kitabxana, laboratoriya və kompüter otaqları
şagirdlərin ixtiyarına verilmişdir. Son illərdə
rayonun 4 məktəbində 16 əlavə sinif otağı
tikilmiş, 9 məktəbdə əsaslı təmir işləri
aparılmışdır.
Yeni dərs ili ərəfəsində rayonun təhsil
müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi və yeni dərs ilinə hazırlığı
rayon icra hakimiyyəti və təhsil şöbəsinin
diqqət mərkəzindədir. Bu dərs ilində rayonda
Təhsil Nazirliyi tərəfindən tikilən iki yeni
məktəb binası istifadəyə veriləcəkdir. Qarasu
kənd orta məktəbi üçün tikilən 640 şagird yerlik
yeni məktəb binası istifadəyə tam hazırdır.
Məktəbdə geniş və işıqlı sinif otaqları, idman
və akt zalları, kitabxana, laboratoriya,
kompüter otaqları inşa edilmiş, qazanxana
tikilmiş və istilik sistemi quraşdırılmışdır.
Təhsil ocağı müasir inventar və avadanlıqla
təmin edilmişdir.
Kürçülü kənd əsas məktəbi üçün tikilən 240
şagird yerlik yeni məktəb binası da bu il
qapılarını şagirdlərin üzünə açacaqdır. Uzun
illər uyğunlaşdırılmış binada dərs alan
şagirdlərə və fəaliyyət göstərən müəllimlərə
yeni məktəb binası "Bilik günü" ərəfəsində ən
böyük hədiyyə olacaq. Yeni dərs ilinə hazırlıqla
bağlı rayonun 5 məktəbində, 1 məktəbdənkənar
müəssisəsində əsaslı təmir işləri aparılmışdır.
Belə ki, Təhsil Nazirliyi tərəfindən şəhər 2
nömrəli və Ağacanlı kənd orta məktəblərində
əsaslı təmir işləri görülmüşdür. Həmin məktəb
binalarının dam örtükləri dəyişdirilmiş, qapı və
pəncərələri yenisi ilə əvəz olunmuş, sinif
otaqlarının və dəhlizlərinin döşəmələri təmir
edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu hesabına Navahı qəsəbə 2 nömrəli orta
məktəbin ərazisi çəpərlənmiş, həyəti
abadlaşdırılmış, idman qurğuları
quraşdırılmışdır. Rayonun Qubalı kənd orta və
Xilə kənd əsas məktəblərində və Texniki
Yaradıcılıq Mərkəzində əsaslı təmir işləri
aparılmışdır. Qalan bütün təhsil müəssisələrində
cari təmir işləri görülür. Aparılan işlər
göstərir ki, rayonun bütün təhsil müəssisələri
yeni dərs ilinə hazırdır. Rayonun pedaqoji
kollektivlərində hökm sürən əhvali-ruhiyyə və
işgüzarlıq şəraiti yeni dərs ilində yeni
uğurların qazanılacağından xəbər verir.
***
Bakının Xəzər rayonunda yerləşən 26 nömrəli
təhsil ocağı 3 mərtəbəli 1540 şagird yerlik iki
tədris binasından ibarətdir. Yeni tədris binası
2006-cı ildə istifadəyə verilib. Məktəbdə 2275
şagirdin təlim-tərbiyəsi ilə 174 müəllim məşğul
olur. Yay dövründə təxminən 25 şagird məktəbə
müxtəlif siniflərə qəbul edilib.
I siniflərə 200 nəfər uşağın qəbulu
planlaşdırılıb. Bu günə qədər 110 nəfər uşağın
valideyni müraciət edib. X siniflərə isə 90-100
nəfər şagirdin qəbulu nəzərdə tutulub.
Məktəbin direktoru Natiq Səmədovdan aldığımız
məlumata görə, yeni dərs ilinə hazırlıqla bağlı
artıq müəyyən işlər görülüb.
Köhnə tədris binasının bir hissəsinin dam
örtüyü (tol-rebroid) dəyişdirilərək dəmirlə əvəz
olunub. Qalan hissə isə tol-rebroid olmaqla
yenisi ilə əvəz olunacaq. Hər iki tədris
binasının sanitar qovşağı dəyişdirilir.
Dəhlizlərin elektrik xətləri və elektrik
avadanlıqları müasirləri ilə əvəz olunub.
Məktəbdə 2 seçki məntəqəsi var. Bununla əlaqədar
məntəqədə yerləşən hissələrdə foye, 6 otaq,
dəhlizlərin bir hissəsi təmir olunub, 12 ədəd
plastik pəncərə, 3 ədəd qapı isə dəyişdirilib.
Təhsil ocağının uğurlarına gəldikdə ötən il
məktəbi 125 məzun bitirmiş, onlardan 120 nəfəri
ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd
vermiş və 54 nəfəri isə tələbə adını
qazanmışdır. Məzunlardan bir nəfəri 660 bal, 12
nəfəri isə 500-600 arasında bal toplamışdır.
***
Bu bir danılmaz həqiqətdir ki, Yardımlı kimi
ucqar bir dağ rayonunda aparılan məktəb
tikintisi heç zaman indiki kimi belə geniş vüsət
almayıb. Təkcə onu demək kifayətdir ki, 2005-cı
ildən başlayaraq Heydər Əliyev Fondu "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı çərçivəsində
40 yeni məktəb binası tikərək şagird və
müəllimlərin istifadəsinə verib.
İstifadəyə verilmiş həmin məktəblər müasir
tələblərə cavab verir. Binaların hər birinin
istilik sistemi, sanitar qovşağı, idman zalı,
kitabxanası var. Həmin təhsil ocağının hər biri
kompüter və mebel dəsti, latın qrafikası ilə çap
olunmuş ədəbiyyat və digər lazımi avadanlıqlarla
təmin edilib.
Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin
göstərişinə əsasən hazırlanmış "Ümumtəhsil
məktəblərinin əsaslı təmiri və yeni məktəb
binalarının tikintisi üzrə Dövlət Proqramı"na
(2008-2012-ci illər) uyğun olaraq 6 məktəb
binası dövlət vəsaiti hesabına, 1 məktəb isə
Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib
istifadəyə verilib.
Hazırda isə rayonun 5 kəndində Fövqəladə Hallar
Nazirliyi tərəfindən daha 5 məktəb binası
tikilir və onların yeni dərs ilinə kimi
istifadəyə verilməsi planlaşdırılıb.
Bütün bunlarla yanaşı, yeni dərs ili qarşısında
rayonun 15 məktəbində əsaslı, digərlərində isə
cari təmir işləri aparılır. Həmçinin şagirdlərin
dərsliklərlə vaxtında təmin olunması üçün əməli
işlər görülür.
"Azərbaycan müəllimi" |