Hər il böyük rus şairi Aleksandr Puşkinin doğum günü - 6 iyun dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur. Bu münasibətlə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyası birgə  vebinar  keçirib.

 

BSU-dan verilən məlumata görə , Qazaxıstan, Azərbaycan,  Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislərin,  müəllimlərin iştirak etdiyi beynəlxalq onlayn tədbirə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin  şagirdləri- Murad Alxaslı və Elmir Alxaslı qatılıblar. Şagirdlər A.Puşkinin şeirlərini rus dilində əzbər səsləndiriblər.

 

Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri  təşəkkürnamələrlə təltif ediblər.