Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura təhsil səviyyəsi üzrə magistr dissertasiyalarının onlayn müdafiəsinə start verilib. Ekologiya mühəndisliyi (5 nəfər), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (4 nəfər), İnşaat mühəndisliyi (15 nəfər) ixtisasları üzrə müdafiələr ilk dəfə olaraq “Zoom” platforması üzərindən online formatda keçirilib.

         

Universitetdən bildirilib ki, ilk müdafiə günündə 24 magistrantın təqdimatı dinlənilib . AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, inşaat, mexanika və informasiya texnologiyaları fakültələrindən məzun olacaq magistrantlar magistrlik dissertasiyalarını müvafiq ixtisaslaşdırılmış Elmi Şura qarşısında müdafiə ediblər. Tələbələr komissiya üzvləri tərəfindən verilən coxsaylı sualları cavablandırıblar.

         

Xatırladılıb ki, 2019/2020-ci tədris ilində 195 magistr tələbə dissertasiya işinin müdafiəsinə buraxılacaq.