Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən futbol çempionatı başa çatıb.

 

Naxçıvan Dövlət Universitetindən (NDU) verilən məlumata görə,   Uzunoba İstrahət Mərkəzinin ərazisindəki çimərlik futbolu meydançasında reallaşan həlledici qarşılaşmada “Universitet” (NDU) və “Badamlı” komandaları qarşılaşıb. Əsas mükafat uğrunda tərəflərin gərgin mübarizəsində sevinən komanda “Universitet” olub. Tələbələrə qələbə üçün 4 qol kifayət edib. “Badamlı” isə bu qollardan ikisinin əvəzini çıxıb – Universitet 4:2 Badamlı.

 

Matçdan sonra qalib komanda “Universitet”ə mükafatlar təqdim olunub. “Badamlı” və “Panter” komandaları isə II və III yerləri bölüşüblər.