Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov tələbə və magistrantlara müraciət edib.  

 

İlk növbədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri tərəfindən əldə olunan tarixi qələbələr və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə hamını təbrik edib. Bildirib ki, hər bir kəs Böyük Qələbənin çox yaxında olmasına əmindir!

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlandığını diqqətə çatdıran rektor qeyd olunan tarixdən etibarən MDU -da bakalavriat və magistratura səviyyələrində (əyani təhsil alan tələbələr üçün) bütün ixtisaslar və kurslar üzrə tədrisin yenidən distant (məsafədən) formada təşkilinə start verildiyini vurğulayıb.

 

Onun sözlərinə görə, MDU ailəsinin üzvü olan professor-müəllim və inzibati-texniki heyət üzvləri tədris prosesinin lazımi səviyyədə təşkili üçün tam səfərbər olunub.

 

Ş.Bayramov tələbə və magistrantları dərslərdə fəal iştirak etməyə, müəllimlər tərəfindən təqdim olunan elektron resurslardan aktiv faydalanmağa, yarana biləcək texniki qüsurları həssaslıqla qarşılamağa və tələbə dostlarına lazımi dəstəyi göstərməyə çağırıb.

 

“İnanıram ki, COVID-19 səbəbindən yaranmış mövcud durumda göstərdiyimiz həmrəylik öz müsbət nəticəsini verəcək və dərslərə hamımız üçün doğma olan universitetimizin auditoriyalarında davam edəcəyik.

 

Məsafədən dərslərin məzmunu və qiymətləndirmə mexanizmi barədə əlavə məlumat dekanlıqlar tərəfindən təqdim olunacaqdır. Dərs cədvəllərini aşağıdakı müvafiq linklərdən əldə edə bilərsiniz”-deyə rektor tələbə və magistrantlara dərslərində uğurlar arzulayıb.

 

http://mdu.edu.az/index.php/az/elanlar/1054-d-rs-dz-dv-li-pedagozhi-fak-lt

http://mdu.edu.az/index.php/az/elanlar/1053-d-rs-dz-dv-li-igtisadiyyat-fak-lt-si

http://mdu.edu.az/index.php/az/elanlar/1052-d-rs-dz-dv-li-m-h-ndislik-fak-lt-si

http://mdu.edu.az/index.php/az/elanlar/1051-d-rs-dz-dv-li-mazhistratura-s-viyy-si