Bu günlərdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri - Şuşa” kitabı işıq üzü görüb. Kitab 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan Ordusu və Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib.

 

Redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov olan kitabda Azərbaycanın ən qədim şəhəri - Şuşanın tarixi və işğala qədər dövrü, 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı, arxiv sənədləri, yerli və xarici alimlərin tədqiqatlarının bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb.

 

Qeyd edək ki, yeni nəşr Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin, diaspor üzvlərinin rəyləri öz əksini tapıb.

 

Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.