“Öyrənməni bərpa etmək və təhsil sistemlərini daha yaxşı qurmaq məqsədilə bu fürsətdən istifadə etmək üçün təcili hərəkətə keçməliyik”


“Son üç il ərzində pandemiya uşaqların öyrənməsinə ciddi maneələr yaradıb və əvvəllər də mövcud olan qlobal öyrənmə böhranını daha da gücləndirib. Öyrənməyi bərpa etmək və təhsil sistemlərini daha yaxşı qurmaq məqsədilə bu fürsətdən istifadə etmək üçün təcili hərəkətə keçməliyik”.  Bu barədə OECD, UNESCO -nun  Statistika İnstitutu, UNICEF və Dünya Bankının  “Öyrənmənin bərpasından təhsilin transformasiyasına” adlı yeni birgə hesabatında qeyd olunur.

 

UNESCO-nun təhsil üzrə baş direktorunun  köməkçisi  Stefania Giannini, UNICEF-in  təhsil və  yeniyetmələrin inkişafı üzrə qlobal direktoru Robert Jenkins,  Dünya Bankının təhsil üzrə qlobal direktoru Xavye Saavedra, OECD-nin Təhsil və bacarıqlar departamentinin rəhbəri Andreas Şleyxer  tərəfindən hazırlanmış  hesabatda bildirilir ki,  bir çox ölkələr hələ də öyrənmə itkisini həll etmək üçün məqsədyönlü və sübut edilmiş addımlar atmır.  BMT-nin IV Davamlı İnkişaf Məqsədinə nail olunmasını təmin etmək məqsədilə təhsilin transformasiyası üçün əlavə düşünmə və təhlil tələb olunur. “Öyrənmənin bərpasından təhsilin transformasiyasına”  adlı hesabat bir sıra ölkələrin postpandemiya dönəmində öyrənmənin  bərpası üçün hansı irəliləyişlər əldə etdiyini  araşdırıb: hər bir uşağı əhatə etmək və məktəbdə saxlamaq; tədrisin səviyyəsini mütəmadi olaraq qiymətləndirmək; fənlərin əsaslarını öyrətməkdə prioritetlər qoymaq; təlimin səmərəliliyini artırmaq; psixososial sağlamlığı və rifahı inkişaf etdirmək.
Hesabatda  qeyd olunur: “Biz görürük ki, ölkələr təhsilin bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsində müəyyən irəliləyiş əldə etsələr də, uşaqların təhsili və ümumi rifahı naminə pandemiyanın nəticələrini dərhal yumşaltmaq üçün səylərimizi aktivləşdirməliyik.  Lakin bu problemin miqyasını nəzərə alsaq, tədris prosesinin səmərəli, ədalətli və davamlı olması üçün o, həm  da transformasiya xarakteri daşımalıdır".
 

Hesabat müəllifləri  sənəddə “COVID-dən sonra öyrənməni necə bərpa edə və təhsili daha yaxşıya çevirə bilərik?”- sualına cavab axtarır və
ölkələrə aşağıdakı tövsiyələrini çatdırırlar.
        
 

Beləliklə,bizə nə lazımdır ?

 

1.Hər bir təhsilalanın  səylərini həyata keçirin

 

Hər bir uşağın tədrislə əhatə olunmasını təmin etmək  təhsilin bərpasının ümumi əlamətidir. Ölkələrin əksəriyyəti ibtidai və orta təhsil səviyyəsində  məktəbə avtomatik qəbul və uşaqların məktəbə qayıtması məqsədilə icmaları səfərbər etmək kampaniyaları kimi tədbirlər görürlər. Bununla belə, ölkələrin dörddə biri hələ məktəbə qayıdan və qayıtmayan uşaqlar haqqında məlumat toplamayıblar. Həqiqi transformasiya təhsil sistemləri üçün biz həssas qrupların təhsil imkanlarını  istisna edən maneələri aradan qaldırmalı, təhsil hüququnun milli qanunvericilik və normativ çərçivədə tam nəzərə alınmasını təmin etməli, çevik təhsil modellərini möhkəmləndirməli, ayrı-ayrılıqda  və real vaxt rejimində gücləndirilmiş  təhsil idarəetmə- informasiya sistemlərinə sərmayə qoymalıyıq.

 

2. Uşaqların öyrənmə səviyyələrini qiymətləndirin 
 

2022-ci ilin mart ayında mövcud tədqiqatların nəzərdən keçirilməsi göstərir ki, ölkələrin 20 faizindən az hissəsi məktəblərin bağlanmasının tədris prosesinə faktiki təsiri barədə məlumat dərc edib.  Uşaqlar məktəbə qayıdarkən, təhsil siyasəti və təlimatlarımızı əsaslandırmaq üçün biz onların  nə bildiklərini, anladıqlarını və edə biləcəklərini qiymətləndirməliyik.
2021-2022-ci tədris ilində əksər ölkələrin, xüsusilə riyaziyyat və oxu üzrə standartlaşdırılmış test proqramlarını (genişmiqyaslı qiymətləndirmə və yüksək dərəcəli imtahanlar da daxil olmaqla) bərpa etməsi faktı ümidvericidir, lakin ölkələrin yalnız kiçik bir hissəsi məktəblərin bağlanmasının uşaqların müasir dünyada uğur qazanması üçün eyni dərəcədə vacib olan koqnitiv bacarıqlara təsirini anlamağa çalışır.
Müxtəlif qiymətləndirmə fəaliyyətləri, o cümlədən formativ və rəqəmsal qiymətləndirmə kimi müxtəlif texnologiyalardan istifadə etmək, şagirdlərə necə və nə öyrəndiklərini daha yaxşı başa düşməyə kömək edə bilər. Həmçinin müəllimlərə şagirdlərinin öyrənməsində inkişafa hansı amillərin mane ola biləcəyini və ya asanlaşdıra biləcəyini anlamağa yardımçı ola bilər.

 

3. Kurikulum standartlarını  şagirdlərin bilik səviyyələrinə uyğun prioritet edin

 

Uşaqların öyrənmə itkisindən daha tez uzaqlaşmasına kömək etmək üçün kurikulumda fundamental bilik və bacarıqlara üstünlük verməliyik. Bir çox ölkələrdə uşaqlar pandemiyadan əvvəl də təməl bacarıqlara malik deyildilər və həddindən artıq yüklənmiş kurikulumlar, xüsusən də məktəblərin uzun müddət bağlanmasından sonra onlara çətin gəlir. Pandemiya zamanı tədris vaxtının itirilməsinə baxmayaraq, ölkələrin yarısından azı ibtidai və orta səviyyələrdə kurikulum düzəlişlərinin həyata keçirildiyi haqqında məlumat vermişdir. Tədris proqramlarının transformasiyasını dəstəkləmək üçün ölkələr kurikulumun birgə layihələndirilməsi və düzəlişlərin asanlaşdırılmasında iştirak edən müəllimlərlə kurikulumun, qiymətləndirmənin və təlimatın daha güclü uyğunluğunu təmin etməli olacaqlar.

 

4. Sübut olunmuş tədbirlərlə təlimin effektivliyini artırın
 

Narahatedici hal odur ki, yalnız bir neçə ölkə öyrənmə itkisini azaltmaq üçün sübut edilmiş tədbirlərə sərmayə qoyur: ölkələrin yalnız 39 faizi tədris vaxtının artırılması, 29 faizi tədris proqramları üzrə və 16 faizi hədəfli təhsil üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verib.  Xüsusi proqramlar əvəzinə ölkələr çoxillik elmi əsaslı tədbirlər keçirməli və siniflərdə bərpa prosesinin ön tərəfində olan müəllimlərə geniş dəstək göstərməlidirlər. Daha uzunmüddətli transformasiya üçün ölkələr müəllimlərin işə qəbulu üçün lisenziyalaşdırma və akkreditasiya sxemlərini təkmilləşdirməli və adekvat mükafatlandırma və iş şəraiti vasitəsilə müəllimin rifahını yüksəltməklə  müəllimliyi cəlbedici peşəyə çevirməlidirlər.  Müəllimin peşəkar inkişafı davamlı, məqsədyönlü və diqqət mərkəzində olmalıdır və rəqəmsal bacarıqlar, texnologiyadan səmərəli istifadə üçün təlimləri əhatə etməlidir. Bu siyasətin hazırlanması və planlaşdırılması zamanı müəllimlərin özlərini də sosial dialoq əsasında siyasətin hazırlanması prosesinə fəal cəlb etmək lazımdır.

 

5.Uşaqların ümumi rifahını da inkişaf etdirin

 

Öyrənməyə mənfi təsirləri ilə yanaşı, pandemiya uşaqların psixi sağlamlığına və ümumi rifahına da təhlükə yaradıb. Məktəblərin yenidən açılması bütün uşaqların əsas xidmətlərə daha çox müraciət etməklə təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinə malik olmalarını təmin etmək üçün müstəsna imkan yaradır. Bununla belə, ölkələrin üçdə ikisindən az hissəsi ibtidai və orta səviyyəli şagirdlər və müəllimlər üçün psixososial dəstək və psixi sağlamlıqla bağlı tədbirlərin həyata keçirilməsi barədə məlumat verib.  

 

Gələcək sarsıntılara qarşı dayanıqlılığı gücləndirmək məqsədilə təhsil, uşaqların müdafiəsi, səhiyyə və qidalanma da daxil olmaqla sektorlar arasında əməkdaşlıq vasitəsilə məktəblərin bütün cəmiyyət yanaşması vasitəsilə hərtərəfli xidmətlər göstərməsini təmin etmək üçün şagirdlərin və müəllimlərin ehtiyaclarını başa düşmək çox vacibdir. 

 

Nəhayət, təhsilin bərpası və transformasiyası üçün təhsilin davamlı və ədalətli maliyyələşdirilməsi zəruridir. 2020-ci ildən 2021-ci ilə qədər daha çox ölkə  (ibtidai və orta səviyyələrdə 77 faiz)  ibtidai və orta təhsil səviyyəsində  təhsil üçün maliyyə vəsaitini artırdığını bildirsə də, sorğunun üçüncü rübündə əvvəlcədən gözlənildiyindən daha çox ölkələrin gəlirlərində böyük boşluqlar var.
 

 

Aşağı və orta gəlir səviyyəsi olan 10 ölkədən dördündən azı  yüksək gəlir səviyyəsi olan 10 ölkədən doqquzu ilə müqayisədə öz təhsil büdcələrinin artdığını bildiriblər. Artan maliyyə təzyiqi və infilyasiya səbəbindən dövlət xərclərinin ümumi həcmi gərgin olduğundan, aşağı və orta gəlirli ölkələrdə təhsil xərclərinin tədris böhranının nəticələrini yumşaltmaq baxımından lazım olan təcili tədbirlərin görülməsi üçün kifayət qədər olmaması riski mövcuddur. Təhsilin maliyyələşdirilməsinin, o cümlədən bölüşdürülmədə prioritetlərin müəyyənləşdirilməsi, maliyyə resurslarının cəlb edilməsi və investisiya qoyulması metodlarının yenidən nəzərdən keçirilməsi və xərclərin səmərəliliyinin artırılması üçün innovasiyaların təşviqi davamlı, uzunmüddətli yaxşılaşmalar üçün zəruridir.    

 

Hesabat müəllifləri qeyd edirlər ki, dəyişən Təhsil Sammitində biz qlobal təhsil böhranı və öyrənmə itkilərinin bərpası və təhsilin transformasiyası istiqamətində fəaliyyətin səfərbər edilməsi zərurətinə diqqət yetirdik. Buna nail olmaq üçün biz həmişəki kimi, pandemiyadan əvvəlki yollardan geri çəkilə bilmərik. Bizim cəsarətli, yeni islahatlara ehtiyacımız var ki, bütün təhsil sistemləri nəinki pandemiyanın təsirlərindən sağalsın, həm də bütün uşaqların öyrənə və öz potensiallarını inkişaf etdirə biləcəyi gələcəyə doğru daha yaxşı inkişaf etsin.
 

 

Qeyd edək ki, 2022-ci ilin aprel-iyul aylarında OECD, UNESCO Statistika İnstitutu (ISYU), UNISEF və Dünya Bankı tərəfindən məktəblərin bağlanması ilə əlaqədar təhsil sahəsində milli tədbirlərə birgə baxış keçirilib.  93 ölkənin təhsil nazirliklərinin cavabları göstərir ki, təhsil sistemləri bütün şagirdləri təhsillə əhatə etmək və məktəbə qaytarmaq üçün  rəqəmsal təlim metodlarının gücləndirilməsi,  təhsilin keyfiyyəti və xərcləri haqqında ailələrlə dialoq qurulması, təhsil sistemlərinin davamlılığının artırılması və uzunmüddətli investisiya qoyuluşu üzrə  razılaşdırılmış səylər göstərirlər.

 

Oruc MUSTAFAYEV