Azərbaycan Texniki Universitetinin (AzTU) birinci kurs tələbəsi Raul Qasımzadə Yunanıstanın Afina şəhərində keçirilən uşu-kunq fu üzrə Avropa çempionatının yeniyetmələr arasında sanda yarışlarında 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb.

 

Qeyd edək ki, R.Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır.

 

AzTU-nun rektoru Vilayət Vəliyev R.Qasımzadə ilə görüşüb və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda R.Qasımzadəyə uğurlar arzu edən rektor onu Fəxri fərmanla təltif edib.

 

Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.