“Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər İdman məktəbinin şahmat zalında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib. İdman məktəbinin direktoru Natiq Ələkbərov 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verib, torpaqlarımızın qəhrəman şəhidlərimizin canı-qanı bahasına düşmən tapdağından azad olunmasından danışıb.  

 

Tədbirdən sonra Sahil qəsəbəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.  Eyni zamanda məktəbin məşqçi-müəllimləri idmançılarla birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Rəşad ZİYADOV