Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.


Y.Ömərov Erasmus+ mübadilə proqramı çərçivəsində 2022/2023-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaq tələbələri uğurları münasibəti ilə təbrik edib. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. O, tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.


Qeyd edək ki, “Kompyuter mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri Gürşad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Smalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), “Dizayn” ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Jaen Universitetində (İspaniya) təhsilni davam etdirəcək.