Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-2023” festivalında fəal iştirak edəcək.

 

Universitetdən bildirilib ki, festivala qatılacaq 14 komandanın müxtəlif kateqoriyalar üzrə təqdim etdiyi 23 layihə yarışmanın ilk mərhələsini keçərək növbəti mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, “TEKNOFEST-2023” festivalı 16-19 mart tarixlərində İzmir, 27 aprel – 1 mayda İstanbul, 30 avqust – 3 sentyabrda isə Ankara şəhərində keçiriləcək.

 

İlk dəfə Türkiyə sərhədlərindən kənarda “İki Dövlət, Tək Millət, Tək Festival” şüarı ilə 2022-ci ilin may ayında Azərbaycanda təşkil olunan “TEKNOFEST Azərbaycan” festivalında BDU 14 layihə ilə təmsil olunub. Universiteti təmsil edən komandalar Aqrar texnologiyalar kateqoriyası üzrə II, Sosial yönümlü texnologiyalar kateqoriyası üzrə isə III yerə layiq görülüb.