Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya, Landşaftşünaslıq və Tut ipəkqurdunun seleksiyası şöbələrinin əməkdaşları tərəfindən İlisu Dövlət Təbiət Qoruğunun Ağyazı ərazisində ekoloji monitorinq aparılıb.

 

Monitorinq zamanı ərazinin torpaq və bitki örtüyü tədqiq olunub, həmçinin Saturnia puri vəhşi ipəkqurdunun təbiətdəki arealının öyrənilməsi üzrə araşdırmalar aparılıb.

 

Bu barədə AMEA-dan bildirilib.