Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları- tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə,  psixoloqlar Mətanət Əliyeva, Ülviyyə Nəhmətova və klinik-psixoloq Fuad Əsədovun həmmüəllifi olduqları “Emosional intellektin müəllimlərin iş məmnunluğuna təsiri: Psixoloji narahatlığın vasitəçi rolu” (The Impact of Emotional Intelligence on Teachers’ Job Satisfaction: Mediating Role of Psychological Distress) adlı məqalə Web of science elmi platformasında yer alan  "Beynəlxalq təhsil elmləri” jurnalının (International Journal of educational Sciences) may ayında çap olunmuş 41-ci sayında dərc edilib.

 

Məqalə müəllimlərin daxili məmnunluğunu araşdıran model əsasında hazırlanıb. Araşdırmaya 668 müəllim cəlb edilib. Bu modelə əsasən məlum olub ki, həqiqətən də emosional intellekti yüksək olan müəllimlər daha az psixoloji narahatlıq yaşayır, onlarda depressiya, təşviş halları azalır və bu da müəllimlərin iş məmnunluğunun artmasına səbəb olur. 

 

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.

http://krepublishers.com/02-Journals/IJES/IJES-41-0-000-23-Web/IJES-41-0-000-23-Contents/IJES-41-0-000-23-Contents.htm