2009-2010–cu illərdə anadan olan uşaqlar arasında badminton üzrə keçirilən ölkə birinciliyi başa çatıb. Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Siyəzən və Qusardan 46 oğlan və 35 qız iştirakçı arasından  5 kateqoriya üzrə qaliblər müəyyənləşdirilib. 

 

Şəxsi yarışmada oğlanlardan Əli Gözəlov, qızlardan Leyla Camalzadə, qoşa qarşılaşmada oğlanlardan Əli Gözəlov - Fazil Quliyev, qızlardan Leyla Camalzadə - Aysu Kərimzadə, qarışıq qoşa qarşılaşmada Əli Gözəlov - Leyla Camalzadə birinci yeri qazanıblar.

 

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan ölkə birinciliyində qaliblər diplom və medallara layiq görülüblər.

 

Sifai SƏFƏROVA