Bakıdakı  Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Qazaxıstanda onlayn keçirilən “Europe–Asia Festival” adlı II beynəlxalq incəsənət müsabiqəsində iştirak ediblər. Belə ki, musiqi məktəbinin şagirdləri Xədicə Əhmədova fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında uğurla çıxış edərək I dərəcəli diploma və  Cemre Biter  8-10 yaş kateqoriyasında II  dərəcəli diploma layiq görülüblər. Mələk Məstiyeva isə  “Diverti Mento” adlı II beynəlxalq pianoçu və orqan ifaçıları müsabiqəsində fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında uğurla çıxış edərək I dərəcəli diplomla mükafatlandırılıb.

     

Sifai SƏFƏROVA