Avqustun 29-da ötən il keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, avqustun 31-də isə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin müsabiqədə könüllü iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan müəllimlər test imtahanı mərhələsinə cəlb olunacaqlar. 

  

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər. 

  

Keçidə daxil olmaqla portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna baxa bilərsiniz: