Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin dekanı Afət Məmmədovanın həmmüəllifi olduğu “Nepeta cinsinə mikrometrik baxış: tozcuğun mikromorfologiyasının aşkar edilməsi” (“Micrometer insights into Nepeta genus: Pollen micromorphology unveiled”) adlı elmi məqalə “Scopus” və “Web of Science” bazasına daxil olan “Micron” (IF: 2.3)  jurnalında dərc edilib.  

 

https://www.sciencedirect.com/science/article/pii/S0968432823001725

 

İşdə Nepeta cinsinin tozcuqlarının mikromorfologiyası, tozcuq dənələrinin quruluşu və xüsusiyyətlərinin mürəkkəb detalları tədqiq edilib. Nepeta cinsinin 18 növünün tozcuq dənələri skanedici elektron mikroskopu (SEM) və işıq mikroskopu (IM) vasitəsilə tədqiq  olunub. Cinsə aid bitkilərin təkamül və taksonomik aspektləri üzrə alınmış nəticələr botanika sahəsində çalışan tədqiqatçılar tərəfindən məlumat mənbəyi kimi istifadə oluna bilər.