Şabran rayon Vələsli kənd ümumi orta məktəbində "Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi" mövzusunda  tədbir  keçirilib.

 

Rayon təhsil  şöbəsindən  daxil olan məlumata görə, məktəbin pedaqoji kollektivi və şagirdlərin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şərəfli həyat yolu və qəhrəmanlıqlarından danışılıb. Tədbirdə Azərbaycan xalqının tarixin bütün dövrlərində belə igid övladlar yetirdiyi vurğulanıb.

 

Tədbir diskussiya şəklində başa  çatıb.

                                                                         

Şakir CƏFƏROV