Saatlı rayon Gənclər Mərkəzində layihənin bağlanış mərasimi keçirilib


Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş "Sürətli hesablama ilə beyin gimnastikası" layihəsinin Saatlı rayon Gənclər Mərkəzində bağlanış mərasimi keçirilib.

 

Tədbirdə Saatlı rayon Təhsil sektorunun baş məsləhətçisi Urşan Nuruşov, Sabirabad Rayon İcra Hakimiyyətinin əməkdaşı,Vətən müharibəsi Veteranaları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, layihə rəhbəri Nubar Hüseynli, Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbin direktoru Əlihüseyn Həsənov, Layihənin eksperti, Yardımlı rayonu Gavran kənd tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri,Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl və Vll qrant müsabiqələrinin qalibi Fərman Mustafayev, Hilal Ənnağıyev adına Qasimbəyli kənd tam orta məktəbinin direktoru, layihənin təlimçisi Yusif Abuşov, Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, müavinləri, müəllimlər və layihəyə cəlb olunmuş şagirdlər, onların valideynləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə layihə rəhbəri Nübar Hüseynli açaraq, layihənin məqsəd və hədəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əldə olunmuş nailiyyətlər müzakirə olunub.

Daha sonra cıxış eden layihə ekperti Fərman Mustafayev, təlimçi Yusif Abuşov layihə müddətini, təlim prosesini slaydlarla nümayiş etdiriblər.

 

Layihəni hazırlamaqda məqsəd təhsilalanlarda sürətli hesablama bacarıqlarının inkişafı, onlarda yaddaş texnikasının gücləndirilməsi, istənilən informasiyanı asan və əyləncəli yolla yadda saxlama metodlarının formalaşdırılmasıdır.

 

Mental aritmetika adlandırılan əqli riyaziyyat və yaddaş texnikası proqramları uşaqların yaddaş, qavrama, xəyalgücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını inkişaf etdirir. Proqram kurikulum sisteminə dəstək olaraq, uşaqların dərs öyrənməsini asanlaşdırır.

 

Tədbirin sonunda layihədə istirak edən şagirdlərə sertifikatlar təqdim olunub.