Bakı Dövlət Universitetində (BDU) Novruz şənliyi keçirilib.

 

Tədbirdə BDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və qonaqlar iştirak ediblər. Bayram şənliyində qonaqlar tələbələrin hazırladıqları bayram ekspozisiyası ilə tanış olub, onlara təbriklərini çatdırıblar. Novruz tonqalı qalandıqdan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Mərkəzin əməkdaşlarının ifasında Azərbaycan xalq mahnıları, rəqslər ifa olunub.