AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəlib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində İlaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil edilib.

 

Böyük coşqu ilə keçirilən bayram şənliyində rektor professor Gülçöhrə Məmmədova universitetin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib.

 

Təbrik nitqindən sonra AzMİU-nun həyətində qurulan böyük bayram tonqalı alovlandırılıb. Tonqal ətrafına toplaşan universitet rəhbərliyi, müəllimlər, əməkdaşlar və tələbələr İlaxır çərşənbə münasibətilə bir-birlərini təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıblar.

 

AzMİU kollektivi yumurta döyüşdürüb, tonqal ətrafında rəqs edib, xatirə şəkilləri çəkdiriblər. 

 

Tələbələrin ifasında “Novruz gəlir, yaz gəlir”, “Xonçalara şam düzün”, “Şən Azərbaycan”, "Zirvələrdə uçan qartal" mahnıları ifa olunub, milli rəqslər nümayiş etdirilib.