Afər Kərimov: “Bu, karyera pillərində onların ilk addımlarıdır”


Dual peşə təhsil proqramı çərçivəsində Lənkəran Peşə Liseyində aşpaz ixtisası üzrə təhsil alan tələbələr- Elmətdin Bağırzadə və Kamran Qasımzadə təcrübə keçdikləri Lankaran Springs Wellness Resort hoteldə işlə təmin olunublar.
 
 
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov məlumat verib: “Turizm ixtisaslarında təhsil alan tələbələrimiz istehsalat təlim və təcrübələrini Lankaran Springs Wellness Resort hoteldə keçirlər. Bu, işəgötürənlə müəssisəmizin əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb. Lankaran Springs Wellness Resort hotellə bu formatda əməkdaşlıq gənclərimizin oxuduqları ixtisaslarda daha çox təcrübə qazanmaları və əmək bazarına erkən inteqrasiya olmalarına şərait yaradır. Üstəlik, tələbələrimiz rəsmi işçi olaraq işə alınıb. Bu, karyera pillələrində onların ilk addımlarıdır. Yəqin, liseyimizə qəbul olunanda ağıllarına da gəlməzdi ki, təhsilləri bitmədən iş yeri qazanacaqlar”.
 
 
Ruhiyyə