Məlum olduğu kimi, aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1Abşeron – 1Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2Cəlilabad – 1Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlanır. 

 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 27-dən etibarən çap edib götürə bilirlər.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.

 

İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.