Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK)  təşkilatçılığı ilə "Məzunlarımızı tanıyaq" adlı layihəyə start verilib. 

 

Layihənin qonağı AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu, Biznes və maliyyə savadlılığı üzrə peşəkar təlimçi, “Rodoos Training and Consulting" şirkətinin təsisçi və direktoru Rafət Şirəliyev olub. 

 

THİK sədri Şahmar Rəfili R.Şirəliyevi tələbələrə təqdim edib və "Məzunlarımızı tanıyaq" layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihə   tələbələrə məzunları tanıtmaqla yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlə tələbələr arasında  əlaqə formalaşdıracaq, onların peşə motivasiyalarını yüksəldəcək. 

 

Auditoriya qarşısında  çıxış edən R.Şirəliyev uğur hekayəsi və bu yolda qazandığı təcrübələri tələbələrlə bölüşüb, onları universitetdə yaradılan şəraitdən səmərəli istifadə etməyə çağırıb.