Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda 2024-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu başlayıb.

 

“Azərbaycan müəllimi” instituta istinadən xəbər verir ki, qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

 

Doktorantura (fəlsəfə doktoru proqramı üzrə)

 – “Geologiya” – 1 yer (əyani)

 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 1 yer (əyani)

– “Ümumi və regional geologiya” – 1 yer (əyani)

– “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)

 

Dissertantura (elmlər doktoru proqramı üzrə)

 

– “Geoekologiya” – 1 yer

 

Doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Sənədlərin qəbulu may ayının 15-dək aparılır.