Son 8 il ərzində "Məktəblinin dostu" tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib. 
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev  "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 
 
 
O bildirib ki, 2 586 dəfə tibb heyəti gəlmədən əvvəl təcili müdaxilə edilib:
 
 
"Bundan başqa, 22 dəfə məktəblərdə yanğının qarşısı alınıb, 2000-dən çox şagirdə psixoloji yardım göstərilib. Həmçinin 700 uşaq 8 il ərzində müəyyən səbəblərə görə psixiatra yönəldilib".