Xəbər verdiyimiz kimi "Məktəblinin dostu" layihəsinin tətbiqi ilə bağlı sorğu keçirilib. Sorğu 15 məktəbdə aparılıb. Sorğuda 14 350 şagird (5-ci və yuxarı siniflər) iştirak edib. Onlardan 7500-ü oğlan, 6850-si qız şagirdlərdir. Həmçinin sorğuda, əsasən uşaqları ibtidai siniflərdə təhsil alan 2300 valideyn iştirak edib. Sorğu iştirakçılarının 90 faizi "Məktəblinin dostu" barədə məlumatlı olduğunu bildirib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində aparılan sorğunun əsas nəticələri aşağıdakı kimidir:

  • Məktəbdə siqaret istifadəsinə ən çox müdaxilə edən "Məktəblinin dostu"dur.
  • Məktəbdə spirtli içki istifadəsinə ən çox müdaxilə edən "Məktəblinin dostu"dur.
  • Məktəbdə şagirdlər iti və kəsici alətlərdən istifadə edilərək qorxudulduğu zaman məktəbdə ən çox məlumat verdikləri "Məktəblinin dostu"dur.
  • "Məktəblinin dostu"nu şagirdlərin böyük əksəriyyəti tanıyır.
  • Şagirdlərin böyük əksəriyyəti qeyd edib ki, "Məktəblinin dostu"nun gəlişi müsbət fərqlilik yaradır.
  • Məktəbdə daha az dava olur.
  • "Məktəblinin dostu" yanğın hadisələrinə daha tez müdaxilə edir.
  • "Məktəblinin dostu" məktəbdə şagirdlərin kömək istəyəcəyi insan olur.
  • "Məktəblinin dostu"dan kömək istəmək rahatdır.
  • "Məktəblinin dostu" hər zaman kömək etməyə hazırdır.
  • "Məktəblinin dostu" məktəbdə fərqli formalarda təlim və tədbirlər keçirir.
     

Bu nəticələr "Məktəblinin dostu" layihəsinin məktəbdə şagirdlərin sağlamlığını, təhlükəsizliyini və təhsil prosesində rahatlığını təmin etməkdə əhəmiyyətini və effektivliyini təsdiqləyir.