Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 2, 3 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri Türkiyənin Ankara, Bodrum, Antalya və Kəmər şəhərlərində keçirilən 23 aprel- Beynəlxalq Uşaq Festivalında ölkəmizi təmsil edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda 29 ölkədən ümumilikdə 500-ə yaxın uşaq iştirak edib. 
 
Ölkəmizi təmsil edən 50-ə yaxın dərnək üzvü milli rəqslərimizi nümayiş etdirib.