Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri “Green Hackathon”da birinci yeri tutaraq, 5000 AZN mükafat qazanıblar.

 

Bu barədə “Azərbaycan müəllimi”nə UFAZ-dan məlumat verilib.

 

Bildirilib ki, iştirakçılar SABAH inkubasiya proqramının hakatonu üçün Davamlı İnkişaf Məqsədlərinə uyğun layihələr hazırlayıblar. UFAZ tələbələri Elgün Həsənov və Emin Xəlifəyevin, həmçinin ADA Universitetinin iki tələbəsinin iştirak etdiyi “Ecoffin by Codage" komandası hakatonun qalibi olub. “Ecoffin” adlı qalib layihə raketlərin kosmosa buraxılması nəticəsində meydana gələn karbon emissiyalarını azaltmaq üçün ekoloji cəhətdən təmiz parafin yaradılmasını təklif edir.

 

Layihə raketlərin havaya buraxılması prosesini təbiətə daha az zərərli bir hala gətirməyi və bununla da davamlı inkişaf məqsədlərinə töhfə verməyi hədəfləyir.