Lənkəran Dövlət Universitetinin (LDU)  baytarlıq fakültəsinin “Baytarlıq” ixtisasının V tədris ilinin 11 tələbəsi Türkiyənin Qafqaz (Qars) Universitetində 3 aylıq istehsalat təcrübəsindədirlər.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, hazırda tələbələr qruplara ayrılaraq baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər və digər sahələrdə təcrübə prosesində iştirak edirlər.

İstehsalat təcrübəsində tələbələr müxtəlif xəstəliklərin laborator müayinəsi, yoluxmayan daxili xəstəliklərin müayinə və müalicəsi, heyvanlar üzərində cərrahi əməliyyatların aparılması, süni mayalanma və embrionun transplantasiyası işinin təşkili və tətbiqi sahəsində bilik və təcrübələrini zənginləşdirirlər.