Ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri və onların müəllimlərinin iştirakı ilə “My Technology” müsabiqəsi keçiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq edən və dəstəkləyən missiya daşıyır.
 
Layihə Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, Kapital Bankın sponsorluğu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycan və Yeni Fikir MMC-nin tərəfdaşlığı ilə həyata keçirilir.
 
Müsabiqədə iştirak etmək istəyən 10-11-ci sinif şagirdləri və onların müəllimləri öz layihələrini, tələb və meyarlara uyğun olaraq, aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçirmələri lazımdır. Qeydiyyat prosesi 2024-cü ilin may ayının 20-ə kimi davam edəcəkdir.
 
 https://forms.gle/4X2YLqY4q5eweHudA
 
“My Technology” müsabiqəsinin təşkil edilməsi məqsədilə müvafiq regionallarda məlumat sessiyalarının,  təlimlərin təşkil edilməsi və yekunda BMU-da hakatonun keçirilməsi nəzərdə tutulur.