2023-2024-cü tədris ilinin yaz semestrində Təhsil Tələbə Krediti Fonduna (TTKF) 7449 tələbə müraciət edib. Onlardan 5855 tələbəyə kredit verilib.
 
Bu barədə “Azərbaycan müəllimi”nə TTKF-dən məlumat verilib.
 
Bildirilib ki, Fond 1786 tələbəyə Sosial Təhsil Tələbə Kreditini, 4069 tələbəyə isə standart Təhsil Tələbə Kreditini rəsmiləşdirib.