Dublikat sənədin verilməsi "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli Qərarı ilə tənzimlənir.
 
"Azərbaycan müəllimi" "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na əsasən, bildirir ki, diplomu və diploma əlavəni itirən şəxs ərizə ilə təhsil aldığı müəssisənin rəhbərinə müraciət etməlidir.
 
Ərizəyə aşağıda qeyd olunan məlumatlar əlavə olunmalıdır:
 
  • - Sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan;
  • - Elanda şəxsin soyadı, adı, atasının adı, itirilmiş diplomun, əlavənin adı, seriyası və nömrəsi;
  • - Sənədi verən təhsil müəssisəsinin adı, sənədin verilmə tarixi.
 
Həmin ərizəyə əsasən, müraciətçiyə təhsil müəssisəsi tərəfindən diplomun və ya diploma əlavənin dublikatı verilir.