3 may tarixində Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən “Məktəblinin dostu” layihəsinin 284 əməkdaşına maarifləndirmə tədbirlərində iştirakına görə sertifikat təqdim olunub.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

 

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın 8.8.2.1. yarımbəndinə əsasən, ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması üçün tədbirlər təşkil etməkdir.