Əziz müəllimlər, Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır. 
 
"Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir. Proqramda sözügedən fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur. 
 
Əziz müəllimlər, sizin üçün faydalı və dəstək məqsədli bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi “Facebook” səhifələri üzərindən izləyə bilərsiniz.