Naxçıvan Müəllimlər İnstitutunda  muxtar respublikada yazıb-yaradan şairlərdən bir qrupu ilə  professor-müəllim heyəti və tələbələrin  görüşü keçirilib.

 

İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus  İsayev  muxtar respublikanın qələm sahiblərinin yazdıqları əsərləri tələbələrin müəlliflərin dilindən  eşitmələrinin daha təsiredici və  tərbiyəedici  olduğunu bildirib.

 

Sonra söz Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Muxtar Respublika Ali Məclisinin deputatı Asim Yadigara verilib. Şair  Naxçıvan Ədəbi birliyi haqqında məlumat verərək, onun əsasının XX əsrin əvvəlindən qoyulduğunu və 30-ci ildən üzü bəri  böyük inkişaf yolu keçdiyini deyib.

 

Qeyd olunub ki, Naxçıvan  Yazıçılar Birliyi hazırda öz ətrafında 80-ə yaxın şair, yazıçı, ədəbiyyatşünas və tənqidçini birləşdirir. Görüşdə şairlər Həsənli Eyvazlı, İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Qafar Qərib, Elxan Yurdoğlu  və b. iştirak edib.

 

Şairlər çıxışlarının sonunda verilən sualları cavablandırıblar.

 

Sonda  tələbələrdən  Əliyeva Aytacın, Xələfli Dilarənin, Əsədli Elşadın, Abbasova Fatimənin ilk yaradıcılıq nümunələri dinlənilib və onlara kitablar hədiyyə edilib.