Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün unikal kitabxana istifadəyə verilib. 800 kv.m-lik sahəni əhatə edən kitabxana universitetin elektron şəbəkəsinə qoşulub. Kitabxananın ikinci mərtəbəsi oxucu zallarından ibarətdir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən xarici universitetlərin bazalarına daxil olmaq mümkündür.