İmtahanlara martın 3-də Bakıda start veriləcək
Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən cədvəldə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki əksini tapıb. Həmin qrafikə əsasən imtahanlar mart və iyun ayları ərzində keçiriləcək
S/S |
İmtahan keçiriləcək bölgələr |
Buraxılış imtahanlarının keçirilmə tarixləri |
||
Ümumi orta təhsil səviyyəsi üzrə (1-ci mərhələ) |
Ümumi orta təhsil səviyyəsi üzrə (2-ci mərhələ) |
Tam orta təhsil səviyyəsi üzrə |
||
|
Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan |
03 mart 2019
|
02 iyun 2019 |
07 aprel 2019
|
|
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran |
10 mart 2019
|
09 iyun 2019 |
14 aprel 2019
|
|
Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı |
17 mart 2019
|
16 iyun 2019 |
21 aprel 2019
|
Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.
Onu da qeyd edək ki, C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseydə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə, tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.