Elm Günü ərəfəsində iki məktəbdə konfrans və seminar keçirilib


Ölkədə 27 mart tarixinin ilk dəfə olaraq Elm Günü kimi keçirilməsi nəzərdə tutulub. Bu münasibətilə AMEA-nın elmi müəssisə və təşkilatlarında müxtəlif tədbirlər-konfrans, seminar və mühazirələr, “dəyirmi masa”lar, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri planlaşdırılıb.

 

AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Lətafət Mustafayeva Bakı şəhər Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə təşkil olunmuş konfransda “Azərbaycanda bitki ehtiyatları insan sağlamlığının keşiyində” mövzusunda, İnstitutun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professor,  Dilzarə Ağayeva isə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil edilmiş seminarda “Yabanı aləmdə göbələklərin yeri: onları necə öyrənək ?” mövzusunda çıxış ediblər.

 

Hər iki tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.