UTECA-da Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı  ilə 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

 

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov gənclər qarşısındakı çıxışında Prezident İlham Əliyevin Soçidə “Valday” beynəlxalq diskussiya klubundakı çıxışını xatırladıb və bu çıxışı yüksək qiymətləndirib.  O deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan layiqli cavabını alıb və Prezident İlham Əliyev təmsil etdiyi ölkəsinin maraqlarını hər yerdə olduğu kimi, bu tədbirdə də çox gözəl qoruyub.   

 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd edib.

 

Tədbirdə “Müstəqilliyimiz əbədidir”, “Müstəqillik dövlətimizin ən böyük sərvətidir”, “Yaşa səni!” mövzularında çıxışlar da olub.

 

Daha sonra 200-ə yaxın UTECA tələbəsi  Cənab Prezidentin çıxışına və Beynəlxalq Gənclər Kampaniyasına dəstək olaraq “Qarabağ Azərbaycandır!” ifadəsinə fləşmobla bir daha nida qoyublar.