Bakı Ali Neft Məktəbində (BANM) Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüş keçirilib. 

 

Ali məktəbin  kampusu, laboratoriyaları, tədris otaqları, konfrans və idman zalları ilə tanışlıq olub, qonağa institutun fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurları barədə də ətraflı məlumat verilib.

 

Təhsil ocağının rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də təhsilə cəlb olunması kimi məsələlər müzakirə edilib.

 

Səfir Bavitlunq Vanlalvavna deyib ki, Bakıda və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrini  ziyarət edib, Azərbaycan təhsil sistemindəki modernləşmə meyillərini yaxından izlə biliblər.  

 

“Bakı Ali Neft Məktəbi, istər tədris sistemi, istərsə də infrastrukturu ilə Azərbaycanın ən müasir təhsil ocaqlarından biridir. Xüsusilə, burada diqqətimizi təhsillə iş imkanlarının uyğunlaşdırılması çəkdi. Hər il Hindistanda 70 milyon məzun buraxılışı həyata keçirilir. Gənclər hər yerdə yüksək təhsil və iş imkanlarını araşdırırlar. Bu baxımdan BANM ilə  əməkdaşlıq üçün bütün zəruri dəstəyi göstərməyə hazırıq”- deyə səfir bildirib.