Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə  əlaqədar “dəyirmi masa”  keçirilib.

 

“Dəyirmi masa”da xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edilib, ədibin əsərlərinin əhəmiyyəti vurğulanıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığı şagirdlərin nəzərinə çatdırılıb.

 

Bildirilib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

 

Şagirdlər  İsmayıl Şıxlının əsərləri əsasında müzakirələr aparıb, əsərlərindən sitatlar gətiriblər.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi