Sabirabadın Çığırqan kəndində yeni məktəb binası istifadəyə verilib.  

 

96 şagird yerlik modul tipli məktəbin tikintisinə ötən ilin axırlarında başlanılıb.   8 sinif, 1 müəllim otağı və kitabxanadan ibarət məktəb binası müasir istilik sistemi ilə təchiz olunub. Məktəbin həmçinin, yeni inventar, texniki və əyani vəsaitlərlə təmin olunması təhsilin yüksək səviyyədə aparılmasına xidmət edir.  

 

İstifadəyə verilən Çığırqan kənd tam orta məktəbində hal- hazırda 151 şagird təhsil alır. Onların təlim-tərbiyəsiylə isə 22 müəllim məşğul olur.