Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. Rektor Şahin Bayramov  MDU-nun magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi,  eləcə də MDU-da bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında məsələlərə toxunub.  O,  müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. İclasda  təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

 

2020-2021-ci tədris ilində MDU-nun Magistratura səviyyəsində dərslərin həftənin çərşənbə, çümə axşamı və cümə günləri saat 18:35-dən başlanması qərara alınıb.  

 

İclasda  “Azercell Telekom” MMC-nin Tələbə Təqaüdü Proqramının nəticələri barədə də  məlumat verilib. Bildirilib ki, ölkə üzrə 1751 tələbənin müraciət etdiyi Proqramın 28 qalibi arasında MDU-nun III kurs tələbəsi Gülnaz Qarayeva da yer alıb. Qalib tələbəyə müvafiq sertifikat təqdim olunub.