Azərbaycan Texnologiya Universitetinin (UTECA) “Elmi xəbərlər məcmuəsi” adlı elmi jurnalı Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika, biologiya və aqrar elmlər üzrə Azərbaycanda dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin yenilənən siyahısına daxil edilib.

 

Universitetin “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə iqtisad elmləri üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən nəşrlərin yenilənmiş siyahısına salınıb.

 

Qeyd edək ki, “Elmi xəbərlər məcmuəsi” 2017-ci ildən,  “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə ilk dəfədir, sözügedən siyahıda yer alır.